Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda arvadı ilə birgə meyiti tapılan kişinin üzərində travmalar aşkarlanıb

Lənkəranda arvadı ilə birgə meyiti tapılan kişinin üzərində travmalar aşkarlanıb

Date: 22 November 2016 16:47

Lənkəran. 22 noyabr. REPORT.AZ/ "Lənkəran şəhərində ahıl ər və arvadın ölüm səbəblərinin qətl və ya qida zəhərlənməsi olduğunu demək hələ tezdir".
Bu barədə "Report"un Cənub bürosunun müxbirinə Lənkəran Rayon Prokuroru Elçin Məmmədov bildirib.
Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsindən verilən məlumatda isə bildirilir ki, hazırda meyitlərin müayinəsi davam etdirilir: "Bədənlərdə müxtəlif travmalar var. Kişinin baş nahiyəsində əzik müşahidə olunub. Daxili orqanların əlavə müayinəsi aparılacaq. Qida zəhərlənməsi ehtimalına gəlincə, ilkin müayinə olunan kişinin mədəsində hər hansı qida qalığı aşkar edilməyib. Lakin hələ hər hansı bir səbəb demək düzgün olmaz".
Faktla bağlı araşdırmalar davam edir. 


Tags:  Lənkəranda arvadı birgə meyiti tapılan kişinin üzərində travmalar aşkarlanıb

RƏYLƏR


Top news