BDU Şimali Sumatera Universiteti ilə müqavilə imzaladı

BDU Şimali Sumatera Universiteti ilə müqavilə imzaladı
16:48 22 Noyabr 2016
62 Ölkə
Ölkə mətbuatı
A- A+

İndoneziya Respublikasının Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Publika.az xəbər verir ki, Birinci İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə ölkəmizə səfər edən nümayəndə heyətini BDU-da görməkdən məmnunluğunu ifadə edən rektor Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, İndoneziya ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edib.

Rektor, professor Saidurrahman təmsil etdiyi universitet haqqında məlumat verib, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib.

Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər öz əksini tapıb.

Görüşdə, eyni zamanda, İndoneziyanın ölkəmizdəki səfiri Husnan bəy Fanani, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və Xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova da iştirak edib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/176940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR