Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekspert: "ABŞ-ın yeni administrasiyası energetika sahəsində Azərbaycanı dəstəkləyəcək"

Ekspert: "ABŞ-ın yeni administrasiyası energetika sahəsində Azərbaycanı dəstəkləyəcək"

Date: 22 November 2016 16:52

ABŞ-ın yeni administrasiyası energetika sahəsində Azərbaycanı dəstəkləyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki , bunu Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə Baku Network-da ABŞ prezidenti seçkilərinin yekununa həsr olunmuş diskussiyada deyib.

C.Mollazadə bildirib ki, ABŞ-ın energetika sahəsində siyasəti dəyişməyəcək:

"Hesab edirəm ki, yeni administrasiya bu sahədə Azərbaycanı dəstəkləyəcək. İqtisadi sahədə - turizm, kənd təsərrüfatı, bankçılıq və digər sahələrdə də ABŞ şirkətlərinin Azərbaycana sərmayə qoymaq imkanları çox böyükdür".

Ekspert qeyd edib ki, bu gün ölkəyə xarici kapital gətirmək, qeyri-neft sektorunu inkişaf etdirmək Azərbaycan üçün vacibdir:

"Prezident İlham Əliyev bu siyasəti əsas siyasət kimi aparır. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Donald Trampla telefon danışığı da iki ölkənin maraqlarına uyğun siyasətin aparılmasının bir rəmzidir".

Milli.Az


Tags:  Ekspert ABŞ-ın yeni administrasiyası energetika sahəsində Azərbaycanı dəstəkləyəcək

RƏYLƏR


Top news