Şeyx Patriarx Kirillə görüşdü

Şeyx Patriarx Kirillə görüşdü
16:53 22 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Şeyxülislam xristianların Pasxa bayramını təbrik etdi (14 Aprel 2017 16:44)
İlham Əliyev Qətər İş Adamları Assosiasiyasının sədri ilə görüşdü (26 Fevral 2017 20:48)

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Patriarx Kirill bildirib ki, Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədədir. Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Moskvanın və bütün Rusiyanın Patriarxı şeyxülislamın problemin radikallaşmasının qarşısını alan dialoqa töhfəsini yüksək qiymətləndirdiyini deyib. Əlavə edib ki, bu, çox xeyirxah və çətin missiyadır. İnsanlar tərəfləri barışdırmağa çalışarkən anlaşılmamaq riski ilə qarşılaşırlar. Sülhyaratma missiyasını həyata keçirənlər sülhün ən böyük nailiyyət olduğunu anlayırlar.

Patriarx Kirill şeyxülislam Allahşükür Paşazadənin keçmiş SSRİ respublikalarının müsəlmanları arasında, eləcə də Rusiyada böyük nüfuza malik olduğunu vurğulayıb. Azərbaycanda böyük rus icmasının yaşadığını və rusların bu ölkənin həyatının mühüm tərkib hissəsi olduğunu qeyd edən Patriarx Kirill deyib: “Eyni sözləri Rusiyada yaşayan azərbaycanlılar haqqında da deyə bilərik. Onların arasında çox nüfuzlu şəxsiyyətlər var. Rusiyada insanlar dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmırlar, bərabər hüquqlara malikdirlər. Müxtəlif millətlərin nümayəndələrinə bu cür münasibət çoxmillətli dövlət kimi Rusiyanın unikal obrazını yaradır. Azərbaycanın Pravoslav Yeparxiyası həm də sizin dəstəyinizlə müvəffəqiyyətlə fəaliyyət göstərir. Bakı Pravoslav Yeparxiyasının Dini-Mədəni Mərkəzinin açılması Azərbaycan hökuməti ilə Pravoslav Yeparxiyası arasında mehriban münasibətlərin parlaq nümunəsidir”.

Rus Pravoslav Kilsəsinin başçısı müasir dövrdə insanların qarşılaşdığı əsas problemlərdən birinin terror olduğunu qeyd edib, terrorizmlə mübarizədə Rusiya ilə Azərbaycanın mövqeyinin eyni olduğunu diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb. O qeyd edib ki, Rus Pravoslav Kilsəsi rəhbərinin toxunduğu məsələlər olduqca əhəmiyyətlidir. Dünyada baş verən hadisələr dini liderlərdən daha qətiyyətli addımlar atılmasını tələb edir. Bu gün bəzi qüvvələrin İslamın adından istifadə edərək qan tökməsi yolverilməzidir. A.Paşazadə dini liderlərin birləşməsinin dünyada gedən proseslərə müsbət təsir göstərəcəyinə əminlik ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə toxunan Allahşükür Paşazadə deyib: “Dövlətlərimizin başçıları bu istiqamətdə çox işlər görürlər. Qafqazda sabitliyi pozan, bəlkə də bu regionda qeyri-sabitliyin başlanğıcı olan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində gördüyünüz işlərə görə sizə təşəkkürümü bildirirəm. Biz münaqişənin dini zəminə keçməməsi, dinc yolla həlli üçün göstərdiyiniz səylərə görə sizə minnətdarıq”.

QMİ-nin rəhbəri Patriarx Kirillin terrorizm və ekstremizm ilə mübarizədə səylərinin də Azərbaycanda dəstəkləndiyini qeyd edib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu yubiley günlərində belə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini yada salmasının Patriarx Kirillin insanpərvərliyindən və sülhsevərliyindən xəbər verdiyini qeyd edib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin 70 illik yubileyi münasibətilə təbrik məktubunu oxuyub. Məktubda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin ümumbəşəri dəyərlərin, sülhün və əmin-amanlığın, dinlərarası dialoqun, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin təmin edilməsinə yönəldilmiş fəaliyyətinin Patriarxa haqlı olaraq nüfuz və hörmət qazandırdığı vurğulanır. Onun Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın dinlərarası və konfessiyalararası dialoqun inkişafına töhfəsinin Azərbaycanda yüksək qiymətləndirildiyi bildirilir. (azertag)





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Tillerson: "İran ABŞ üçün ciddi təhlükədir"

28 Aprel 2017 06:28

Məşhur model Türkiyə vətəndaşı oldu

28 Aprel 2017 06:14

Bundestaq çadraya qismən qadağanı dəstəklədi

28 Aprel 2017 06:04

Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib

28 Aprel 2017 06:02

Bakıda dərsə gedən 3 məktəbli qəzaya düşərək xəsarət alıb

28 Aprel 2017 05:47

Yeni buz planet kəşf olundu

28 Aprel 2017 05:33

Şimali Koreya Ağ evin şərti olaraq məhv edilməsi ilə bağlı video yayıb

28 Aprel 2017 05:07

Londonda antiterror əməliyatı: 4 nəfər tutuldu

28 Aprel 2017 05:04

Bakıda gənc oğlan söyüş üstündə bıçaqlanıb

28 Aprel 2017 04:52

Polis Günayın keçmiş ərini saxladı

28 Aprel 2017 04:49

ABŞ üçün əsas təhlükəli ölkә açıqlandı

28 Aprel 2017 04:39

Rusiya bu ölkəyə 200 helikopter satacaq

28 Aprel 2017 04:14

"Türkiyə ABŞ hərbçilərinin həyatı üçün ciddi təhlükə yaradıb" -

28 Aprel 2017 03:41

Yaponiya siyasətçiləri Kurilə səfər edəcəklər

28 Aprel 2017 03:34

Mançester derbisində qol səsi çıxmadı

28 Aprel 2017 03:23

Səhv şəkil paylaşdı, cəzalanacaq

28 Aprel 2017 03:19

Şimali Karolinada vertolyot evin üzərinə düşüb, yaralananlar var

28 Aprel 2017 03:12

Reks Tillerson İranı ABŞ üçün ciddi təhlükə adlandırıb

28 Aprel 2017 03:02

Lavrov-Tillerson görüşü baş tuta bilər

28 Aprel 2017 02:49

Suriya ordusu Palmira yaxınlığındakı iri qaz yatağını azad edib

28 Aprel 2017 02:42

ŞOK QƏRAR: Antalyada alkoqollu içkilər qadağan edilir

28 Aprel 2017 02:39

Mançester derbisində qalib müəyyənləşmədi

28 Aprel 2017 02:31

Narkomafiya lideri tutuldu

28 Aprel 2017 02:19

"Mançester Siti" və "Mançester Yunayted" İngiltərə çempionatında heç-heçə edib

28 Aprel 2017 02:17

Ağacda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

28 Aprel 2017 02:04

Uşaqda fərasətə bax:

28 Aprel 2017 01:55

Fransada 300-dən çox şagird zəhərləndi

28 Aprel 2017 01:49

Rusiyanın problemi var: rus dili müəllimləri çatışmır

28 Aprel 2017 01:43

Makedoniya parlamentinin deputatları binadan təxliyə olunur

28 Aprel 2017 01:27

Shamkir Chess 2017:

28 Aprel 2017 01:27

Makedoniya parlamentinə basqın: müxalifət lideri döyüldü

28 Aprel 2017 01:09

Meksika polisi "xaç atası"nı həbs etdi

28 Aprel 2017 01:08

Berlində həyəcanlı dəqiqələr:

28 Aprel 2017 00:58

Gözəlliklə incəsənətin inanılmaz vəhdəti - Dəyişkən ruhlu qadınlar - FOTOLAR

28 Aprel 2017 00:53

Şahmatçılar futbol oynadılar -

28 Aprel 2017 00:45

Türkiyə-Suriya sərhədində insident olub

28 Aprel 2017 00:29

İsrail Suriyadan gələn təyyarəni vurdu

28 Aprel 2017 00:26

Makedoniyada etirazçılar parlament binasına daxil olublar

28 Aprel 2017 00:22

ABŞ-dan Türkiyəyə xəbərdarlıq

28 Aprel 2017 00:18

Vaşinqton: Türkiyə zərbələri ilə ABŞ hərbçiləri üçün təhlükə yaradıb

28 Aprel 2017 00:14

Astroloji proqnoz - 28 aprel

28 Aprel 2017 00:08

İŞİD-dən ABŞ-a zərbə:

27 Aprel 2017 23:55

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

27 Aprel 2017 23:52

Referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 23:43

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 23:39

Türkiyənin Ali Seçki Şurası referendumun yekun nəticələrini təsdiq edib

27 Aprel 2017 23:37

"Kara Sevda"nın Nihanı sevgisini dodağına yazdırdı

27 Aprel 2017 23:37

"Yadplanetli" həbs olundu

27 Aprel 2017 23:34

Gənc qızın qorxunc taleyi

27 Aprel 2017 23:30

Qəbələdə su festivalı keçirildi - FOTOLAR

27 Aprel 2017 23:28