Oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO

Oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşdi - FOTO
17:05 22 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az bildirir ki, goal.az-ın keçirdiyi sorğunun qalibi, PFL-in təqdim etdiyi futbolçu, klublardan ən çox səs alan 2 futbolçu və ötən ay çox qol vuran futbolçu arasından azarkeşlər tərəfindən seçilir.

Oktyabr ayının ən yaxşı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev seçilib. O, səslərin 69 faizini toplayıb.

Xatırladaq ki, ötən ayın ən yaxşı futbolçusu adına namizədlər sırasında "Qəbələ"dən Filip Ozobiç, "İnter"dən Nizami Hacıyev, "Zirə"dən Sezar Meza Kolli yer alırdı. 

QEYD: "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Slovan"la (Çexiya) oyun üçün səfərə yollandığından həvəskar çəkiliş olub. Daha peşəkar və keyfiyyətli şəkillər oyundan sonra yerləşdiriləcək.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/491973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR