Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Kərbəla ziyarətindən qayıdan 500 azərbaycanlı İraq-İran sərhədində saxlanıldı

Kərbəla ziyarətindən qayıdan 500 azərbaycanlı İraq-İran sərhədində saxlanıldı

Suriya və İraqda İranın 2100 hərbçisi ölüb (07 Mart 2017 15:02)
Azərbaycanlı müğənni Məşhəd ziyarətindən VİDEOsunu paylaşdı (03 Mart 2017 10:49)

Tarix: 22 Noyabr 2016 17:08

Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.

Bu barədə APA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: “500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.





Teqlər:  Kərbəla ziyarətindən qayıdan 500 azərbaycanlı İraq-İran sərhədində saxlanıldı



RƏYLƏR


Top xəbərlər