Prezidentin xanımını parodiya etdiyi üçün üzr istədi - video

Prezidentin xanımını parodiya etdiyi üçün üzr istədi - video
17:11 22 Noyabr 2016
151 Şou
Ölkə mətbuatı
A- A+

Model Gigi Hadidin Amerika Musiqi Mükafatlarında (AMA) aparıcılıq etdiyi zaman ABŞ prezidentinin xanımı Melania Trampı parodiya etməsi birmənalı qarşılanmayıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu gün birinci xanımdan üzr istəyib:

"AMA-da aparıcılıq etmək mənim üçün şərəf idi. Mən ssenaridə bəzi şeyləri redaktə edir, şou yaradırdım. Ümid edirəm ki, Melaniya da şou-biznesi yaxşı başa düşür və məndən inciməz. Mənim niyyətim kimi isə alçaltmaq deyildi. Hər kəsin qarşısında üzr istəyirəm".

Xatırladaq ki, fələstinli gözəl prezident Donald Trampın xanımını təqlid edərkən üzünə fərqli ifadə verib, dodaqlarını qabağa uzadıb və deyib:

"Mən öz ərim prezident Barak Obamanı və uşaqlarımız Saşa və Maliyanı sevirəm".

O, bununla M.Trampın seçki kampaniyası zamanı keçmiş birinci xanım Mişel Obamanın nitqindən istifadə etməsinə söz atıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR