Marşurut sahiblərinə XƏBƏRDARLIQ

Marşurut sahiblərinə XƏBƏRDARLIQ
17:22 22 Noyabr 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumata əsasən, bu gecədən başlayaraq yolların buz bağlaması ehtimalını nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə agentlikdən məlumat verilib.

Daşıyıcı şirkətlərə avtobusların xəttə buraxılmazdan öncə texniki baxımdan yoxlanılmasına nəzarətin gücləndirilməsi, avtobusların salonunda isitmə sisteminin işlək vəziyyətə gətirilməsi tapşırılıb.

Sərnişinlərin təhlükəsizliyi baxımından avtobus sürücüləri meteoroloji vəziyyəti nəzərə alaraq yollarda müəyyən olunan sürət həddinə ciddi əməl etməlidirlər. Həmçinin, sərnişinlərin soyuq havada dayanacaqlarda uzun müddət gözləməməsi üçün daşıyıcılara avtobuslararası intervalı tənzimləmələri də tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/491986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR