Pəncərəsi olmayan binanın SİRRİ – FOTO

Pəncərəsi olmayan binanın SİRRİ – FOTO
17:23 22 Noyabr 2016
182 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) beynəlxalq dinləmələr üçün Nyu-York şəhərində gizli bir mərkəz qurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Titanpointe” adlı mərkəz telekommunikasiya nəhəngi AT&T-nin pəncərəsiz göydələnində yerləşir.

Daha əvvəl NSA-nın keçmiş əməkdaşı Edvard Snouden tərəfindən açıqlanan sənədlərdə də mərkəzin adı çəkilib. Adı gizli saxlanılan bir AT&T əməkdaşının verdiyi məlumata görə, NSA-nın agentləri binadan 38-dən çox ölkədə edilən telefon danışıqları, faks mesajları və internet fəaliyyətini izləmək üçün baza kimi istifadə edir.

1978-ci ildə tikilən binanın nüvə zərbələrinə belə dözəcək şəkildə inşa edildiyi bildirilir. Bina daxilindəki generatorlar və su anbarı NSA-nın əməkdaşlarına xarici dünyadan ayrı qalaraq müstəqil şəkildə həftələrlə işləmək imkanı verir.

Yerli mətbuatda son illərdə dərc olunan xəbərlərdə də AT&T-nin ABŞ kəşfiyyat xidmətlərinə ən çox yardım edən telekommunikasiya şirkəti olduğu iddia edilib.

Ömər







Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR