Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kərbəlaya gedən azərbaycanlılar İran-İraq sərhəddində saxlanıldı - FOTOLAR

Kərbəlaya gedən azərbaycanlılar İran-İraq sərhəddində saxlanıldı - FOTOLAR

Date: 22 November 2016 17:24

 

Kərbəlaya ziyarət gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılıb.

 

Bu barədə APA-ya hazırda İran ərazisində olan azərbaycanlı zəvvar Mirələm Həşimov məlumat verib. O bildirib ki, 16 saatdır, İran ərazisindədirlər, sərhədçilər avtobusları  buraxmırlar. İçərisində azərbaycanlılar olan 7 avtobus sərhəddə qalıb: “500-ə yaxın azərbaycanlı sərhəd məntəqəsində gözləyir. İnsanlar buraxılıb, sərbəstdirlər. İran ərazisində zəvvarların təhlükəsizliyini təmin edən sığorta şirkəti tərəfindən verilən hansısa sənədlərin qaydasında olmadığı deyilir. Şirkətin nümayəndəsi sənədləri düzəltmək üçün götürüb, lakin geri qayıtmayıb. Sənədi düzəltmək üçün hər avtobus üçün 200-250 dollar istəyirlər. İnsanlar ona da razıdırlar. Çünki burada 2 sutkadan çox gözləyən azərbaycanlılar var”.






Tags:  Kərbəlaya gedən azərbaycanlılar İran-İraq sərhəddində saxlanıldı FOTOLAR



RƏYLƏR


Top news