Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putinlə Əsəd enerji sahəsində də razılığa gəldi – FOTO

Putinlə Əsəd enerji sahəsində də razılığa gəldi – FOTO

Date: 22 November 2016 17:28

Suriya prezidenti Bəşər Əsəd ölkəsində Rusiya şirkətlərinin fəaliyyəti və investisiya qoyması üçün ən yüksək səviyyədə zəmanət verdiyini açıqlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Dmitri Roqozin bildirib.

D.Roqozin deyib ki, bununla bağlı Kreml ilə Dəməşq arasında “yaşıl koridor”un yaradılması haqqında müvafiq sənəd imzalanıb:

“Başçılıq etdiyim Rusiya nümayəndə heyəti olaraq Dəməşqdə prezident Bəşər Əsədlə baş nazir İmad Hamis və daxili işlər naziri Velid Muallim ilə görüşlər keçirdim. Görüşlərdə Rusiyanın Suriyaya yatırmaq istədiyi investisiya vəsaiti ilə bağlı danışıqlar apardıq. Danışıqların nəticəsi olaraq biz Suriya hökuməti ilə bütün sahələrdə əməkdaşlıq etmək barədə razılığa gəldik. Bundan əlavə, biz Bəşər Əsədlə enerji sahəsində əhəmiyyətli layihələri təqdim etmişik. Bəşər Əsəd isə həmin layihələrin reallaşması üçün Rusiyaya bütün lazımı dəstəyi və dövlət zəmanətini verəcəyini bəyan edib”.

Vasif Həsənli






Tags:  Putinlə Əsəd enerji sahəsində razılığa gəldi FOTO

RƏYLƏR


Top news