Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"ANS-in qapısı hələ də möhürlüdür"

"ANS-in qapısı hələ də möhürlüdür"

Date: 22 November 2016 17:32

ANS-in ofisi məhkəmə prosesi başlayan gündən möhürlüdür və kanalın rəhbərliyi içəri daxil ola bilmir.

Milli.Az xəbər verir ki, bunu virtualaz.org-a ANS teleşirkətinin vitse-prezidenti Mais Məmmədov deyib.

Onun sözlərinə görə, telekanalın bütün avadanlıqları möhürlü ofisdədir və onları götürə bilmirlər.

Mais Məmmədov onu da əlavə edib ki, bağlanmış telekanalın rəhbərliyi və əməkdaşları hazırda ANS şirkətlər qrupuna daxil olan "ANS Kommers" şirkətinin ofisindədirlər.

Xatırladaq ki, ötən gün ANS-in ərazisi Zoologiya İnstitutuna məxsus olduğundan onun tezliklə geri alınacağının gözlənildiyi xəbərləri yayılmışdı.

Milli.Az


Tags:  ANS-in qapısı hələ möhürlüdür

RƏYLƏR


Top news