TAP Albaniyada təhlükəsizlik standartlarının təşviqinə yardım edir

TAP Albaniyada təhlükəsizlik standartlarının təşviqinə yardım edir
17:37 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəməri (TAP) Albaniyada təhlükəsizlik standartlarının ən vacib liderləri və təşviqatçılarından biridir.
“Report” TAP-a istinadən xəbər verir ki, bu, Tiranada Yunanıstan səfirliyi tərəfindən keçirilən III Qaz Kəmərləri Təhlükəsizlik Seminarında qeyd olunub.
Tədbirdə Albaniyanin enerji institutları və şirkətlərinin nümayəndələri, eyni zamanda, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Beytya, Yunanıstanın Albaniyadakı səfiri Eleni Surani, TAP-ın ölkə meneceri Şkölqim Bozqo və digər rəhbər şəxslər iştirak ediblər.
Tədbirdə TAP-ın podratçıları və subpodratçıları Albaniya hissəsinin tikintisi üzrə təcrübələrini təqdim ediblər.
Qeyd olunub ki, TAP layihəsinin tikintisindən Albaniya şirkətlərinin və işçilərin qazandığı təcrübə ölkənin təhlükəsizlik standartları üçün əsas mirasdır. TAP Albaniya üçün təkcə enerji sektorunda deyil, tikinti və nəqliyyat sənayesində də təhlükəsizlik standartlarını inkişaf etdirmək üçün mükəmməl imkanlar təqdim edir.
Yunanıstanın Albaniyadakı səfiri tədbirdə qeyd edib ki, TAP təhlükəsizlik standartlarının təbliği baxımından digərlərinə nümunə olaraq xidmət edə bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/tap-albaniyada-tehlukesizlik-standartlarinin-tesviqine-yardim-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR