Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trampın mühafizəsinə sərf olunan ağlasığmaz məbləğ

Trampın mühafizəsinə sərf olunan ağlasığmaz məbləğ

Date: 22 November 2016 17:47

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın mühafizəsi Nyu York şəhərinə gündəlik bir milyon dollara başa gəlir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yeni seçilmiş prezidentin bu şəhərdə qalma xərcləri üçün Nyu York rəhbərliyi federal hökumətə müraciət etməyi planlaşdırır.

D.Tramp andiçmədən sonra Ağ Evə köçsə belə, onun xanımı Melania Tramp və övladları tədris ilinin sonuna qədər "Trump Tower"dəki evlərində qalacaqlar. Bu bina Nyu Yorkda əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biridir.

ABŞ prezidenti və onun yaxınlarının mühafizəsi ilə Birləşmiş Ştatların məxfi xidməti məşğul olur.

Milli.Az


Tags:  Trampın mühafizəsinə sərf olunan ağlasığmaz məbləğ

RƏYLƏR


Top news