Paytaxtda bəzi məktəblər lazımı səviyyədə istiliklə təmin edilmir.
Bu barədə Publika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, ümumilikdə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəblərdə istilik təchizatı normaldır.
“Yalnız mərkəzləşmiş istilik sisteminə qoşulmuş bəzi məktəblər qazın təzyiqinin aşağı olması səbəbindən istiliklə lazımi səviyyədə təmin edilmir. Bununla bağlı müvafiq qurumlar tərəfindən zəruri tədbirlər görülməkdədir”.
Gülxar