Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Aztelekom"un sabiq rəhbərlərinin "tender yeyintiləri"

"Aztelekom"un sabiq rəhbərlərinin "tender yeyintiləri"

Date: 22 November 2016 17:52

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin həbsdə olan sabiq baş mühasibi Oktay Rüstəmovun tender qalibindən xeyli məbləğdə pul alması müəyyən olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılmış cinayət işinin istintaq materiallarında qeyd olunur.

Şahid qismində dindirilmiş "Ulduz 2013" MMC-nin rəhbəri Qasımov Adil Məmməd oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, tanışı "Azərpoçt" MMC-nin Baş direktorunun müavini Həsənalı Qədimalıyevin vasitəsilə 2007-2008-ci illərdə rəhbərlik etdiyi "Ulduz 2013" MMC tərəfindən "Azərpoçt" MMC-nin bir neçə filialı təmir edilib. O qeyd edib ki, 2013-cü ildə H.Qədimalıyev vasitəsi ilə "Aztelekom" MMC-nin baş mühasibi O.Rüstəmovla tanış olub, sonuncunun vasitəsi ilə 2013-cü ilin may ayında "Ulduz 2013" MMC Tərtər rayon İsmayılbəyli və Sarov kəndlərində EATS binalarının təmir işləri ilə bağlı tenderdə qalib gəlib.

A.Qasımov bildirib ki, o, bu işlərin icrası üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin 40 faizini O.Rüstəmova verməyə razılaşıb. Razılaşma əsasında "Ulduz 2013" MMC Tərtər Telekommunikasiya Qovşağı tərəfindən keçirilən kotirovka sorğusunda qalib gəlib. Kotirovkaya uyğun olaraq, şirkətə İsmayılbəyli kənd EATS binasının təmiri ilə əlaqədar 40499 manat, Sarov kənd EATS binasının tikintisi ilə əlaqədar isə 39796 manat - ümumilikdə 80295 manat vəsait ayrılıb. Lakin pulun əsas hissəsi şirkətin hesabına köçürülsə də, 6816 manat köçürülməyib. Təmir üçün köçürülmüş 73480 manat vəsaitin 30.000 manatını A.Qasımov O.Rüstəmova göndərib, maliyyənin yerdə qalan hissəsi ilə isə EATS binaları təmir edilib.

A.Qasımov sonra ifadəsində göstərib ki, tenderdə udulmuş işlərin icrası üşün rəhbərlik etdiyi müəssisənin hesabına köçürülmüş 509.239 manat vəsaitin 40 faizini, yəni 205.000 manatını "Aztelekom" MMC-nin baş mühasibi O.Rüstəmova verib.

Milli.Az


Tags:  Aztelekomun sabiq rəhbərlərinin tender yeyintiləri


RƏYLƏR


Top news