Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Alim Qasımov qızı ilə ABŞ-a gedəcək

Alim Qasımov qızı ilə ABŞ-a gedəcək

Date: 22 November 2016 17:57

Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

Milli.Az axşam.az-a istinadən bildirir ki, muğam ifaçıları ilk olaraq ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Qastrol səfəri gələn il yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur "Mart Morris" rəqs qrupunun rəqs ifaları altında "Leyli və Məcnun" operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı "Yo-Yo Ma" və "İpək Yolu" ansamblının müşayiəti ilə reallaşacaq.

Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. A.Qasımov və F.Qasımova yanvarın 21-dən başlayaraq iki gün müddətində Sidneydə konsert verəcəklər.

Milli.Az


Tags:  Alim Qasımov qızı ABŞ-a gedəcək

RƏYLƏR


Top news