Neftin ucuzlaşması ilə Şimali Dakotanın neft hasilatı azalıb

Neftin ucuzlaşması ilə Şimali Dakotanın neft hasilatı azalıb
18:07 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Şimali Dakotanın neft hasilatı 10 min barel/gün həcmində azalıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Şimali Dakota nəzarət orqanı aşağı neft qiymətlərinin xam neft hasilatındakı azalmadan qismən geri qaldığını bildirib.
Belə ki, bu göstərici 2014-cü ilin əvvəlindən etibarən qeydə alınmış ən aşağı həddir. Şimali Dakota Sənaye Komissiyasının məlumatına əsasən, sentyabrda xam neft hasilatı gündəlik 971,658 barrel qeydə alınıb. Bu, ötən ayla müqayisədə gündəlik 10000 bareldən artıq azalma, eləcə də, 2014-cü ilin dekabr ayında qeydə alınmış hədlə müqayisədə 20 faiz və ya gündəlik 256 000 barel azalma deməkdir.
"Neft qiymətlərindəki geriləmə azalmanın əsas səbəbidir və 2017-ci ilin ikinci rübünədək davam etməsi proqnozlaşdırılır"-, Şimali Dakota Faydalı Qazıntılar Departamentinin direktoru Linn Helms bildirib.
ABŞ-da xam neft üçün əsas qiymət sayılan West Texas Intermediate (WTI) neftinin bir barelinin qiyməti Şimali Dakota xam neft hasilatının ən yüksək olduğu dövrdə, 2014-cü ilin sonunda 54 dollar civarında olub. Hazırda bir barelin qiyməti 46 dollar ətrafında dəyişir. Geriləmə bir çox şirkətləri kəşfiyyat və hasilat xərclərini azaltmağa məcbur edib.
Ştatın Bakken şist neft yataqları üzrə nəhəng iştirakçı şirkətlərindən olan "Continental Resources" üçüncü rübdə xalis hasilatının əvvəlki rüblə müqayisədə 5 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9 faiz az olmasını bildirib. Daha çox azalma Şimali Dakotada qeydə alınıb. Şirkət neft qiymətlərinin ucuzlaşması ilə bağlı hasilatı azaltdığını, lakin hazırda artıma keçdiyini bildirib.
Helms bərpa əlamətlərinin müşahidə olunduğunu qeyd edib, baxmayaraq ki, kəşfiyyat və hasilatla bağlı rəqəmlər ilin son yarısında dəyişkən olub. Avqust-sentyabr aylarında iki quyu artıb, növbəti müddət ərzində isə bir quyu azalıb, oktyabrdan etibarən isə artım müşahidə olunur.
"WTI neftinin bir barelinin qiyməti 60 dollardan aşağı olduğu müddətdə, operatorlar 2017-ci ildə quyuların sayını artırmağı nəzərdə tutur," deyə o bildirib.
Lakin ştatda quyuların sayı 80 faizdən çox olmaqla yüksək göstərici ilə müqayisədə azalıb. Eyni zamanda, xam neft hasilatı 2014-cü ilin əvvəlindən etibarən ən aşağı səviyyədədir.Helms quyu saylarının daha zəif Çin iqtisadiyyatı ilə bağlı bazar təzyiqləri, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, OPEC üzvü olan İrana qarşı sanksiyaların aradan qaldırılması ilə əlaqədar nisbətən az olacağını qeyd edib.
Şimali Dakota hasilat göstəriciləri ştatın "Dakota Access" neft kəmərinin tikintisi ilə bağlı etirazların olduğu vaxtda qeydə alınır. Aşağı karbon iqtisadiyyatını dəstəkləyən qruplarla bağlı olan Enerji İqtisadiyyatı və Maliyyə Təhlilləri İnstitutunun araşdırmasına əsasən,əlavə kəmər təchizatı az neft hasilatına ziddir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/neftin-ucuzlasmasi-ile-simali-dakotanin-neft-hasilati-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR