Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda evli qadını qətlə yetirən şəxs: “Onu qısqandığım üçün öldürdüm”

Bakıda evli qadını qətlə yetirən şəxs: “Onu qısqandığım üçün öldürdüm”

Date: 22 November 2016 18:07

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 22 yaşlı qızı qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
V.Qarayev isə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib. Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, qətlə yetirdiyi qadının evli olmasından xəbərsiz olduğunu bildirib: "Mən onu sevirdim. Bir neçə dəfə mənim yanıma balaca uşaqla gəldi. Lakin Gülpəri həmin uşağın onun olduğunu demədi. Mərhumun ailəli olduğundan da xəbərsiz idim".
Təqsirləndirilən şəxs qeyd edib ki, Gülpəri Aslanlını qısqandığı üçün öldürüb: "O, tez-tez mağazaya gəlirdi. Onunla orada tanış olduq. Sonra Gülpəri ilə telefonda danışmağa başladıq. Həmin mağazadan satdığım mallardan neçə dəfə bahalı hədiyyələr vermişəm. Gülpəri ilə bir neçə dəfə görüşdük. Daha sonra o, məni qısqandırdı. Buna görə də Gülpərini öldürmək qərarına gəldim".
Məhkəmənin növbəti iclası noyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. İttiham aktına əsasən, 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan V.Qarayev ilkin ifadəsində bildirib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
V.Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunur.


Tags:  Bakıda evli qadını qətlə yetirən şəxs Onu qısqandığım öldürdüm

RƏYLƏR


Top news