Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu

Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu

Date: 22 November 2016 18:12

"Old Trafford"un təhlükəsizlik xidməti Premyer Liqanın 12-ci turunda keçirilən "Mançester Yunayted" - "Arsenal" (1:1) oyunundan öncə stadionun tualetində 2 tələbə aşkar edib.

Goal.az "The Telegraph"a istinadən xəbər verir ki, oyunu biletsiz izləmək istəyən gənclər cümə günü "Old Trafford"a ekskursiya qrupu ilə gəlib. Ekskursiyanın başa çatmasına az qalmış onlar tualetə girib gizləniblər və gecəni orda keçiriblər.

Həmin tələbələr polisə təhvil verilsə də, həbs olunmayıb. Qanun keşikçiləri onların əməlində cinayət tərkibi görməyib.

Milli.Az


Tags:  Futbol sevgisi gecəni tualetdə keçirmələrinə səbəb oldu

RƏYLƏR


Top news