Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üç milyonluq dələduzluğu görə prokuror 170 il istədi

Üç milyonluq dələduzluğu görə prokuror 170 il istədi

Date: 22 November 2016 18:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3,4 milyon dolları dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilənlərə Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev, Gəray Abdullayev Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək L.Abdullayevin 18 il, E.Qasımovun, R.Hacıyevin, P.Rzayevin və F.Tağıyevin hər birinin 16 il, G.Abdullayevin 14 və T.Qasımovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi noyabrın 25-də davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, adıçəkilən şəxslər 2015-ci il mayın 1-də saat 23:00 radələrində Xəzər rayonunun Qala qəsəbəsində T.Zülfüqarovun idarə etdiyi avtomobilin qarşısını kəsərək özlərini Milli Təhülkəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim ediblər. T.Zülfüqarovu Xətai rayonu ərazisindəki mənzilinə gətirib seyfdə saxladığı külli miqdarda xarici valyutanı guya araşdırmaq məqsədi ilə ələ keçiriblər. Daha sonra onlar T.Zülfüqarovu "Ulduz" metrostansiyasının yaxınlığında yerləşən obyektlərin birində qanunsuz olaraq 3 gün saxladıqdan sonra Moskva şəhərinə yola salıblar. Ələ keçirdikləri günü bölüşdürdükdən sonra ölkədən çıxıblar.

Milli.Az


Tags:  milyonluq dələduzluğu prokuror 170 il istədi

RƏYLƏR


Top news