Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib

Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib
18:22 22 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/  Azərbaycan və İtaliyanın Müdafiə nazirliklərinin mülki-hərbi əməkdaşlıq üzrə ekspertləri arasında görüş keçirilib. 
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, görüş noyabrın 22-də Azərbaycanın Müdafiə Nazirliyində "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2016-2017-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən baş tutub. 
Azərbaycan Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis, general-mayor Rasim Əliyevin rəhbərliyi ilə keçirilən görüşdə mülki-hərbi əməkdaşlığa dair təcrübə mübadiləsi aparılıb. 
Görüşdə həmçinin Silahlı Qüvvələrdə mülki-hərbi əməkdaşlıq sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-ve-i-taliyanin-mudafie-nazirliklerinin-mulki-herbi-emekdasliq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR