Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama 8 ildə nə verdi, nə aldı? - Təhlil

Obama 8 ildə nə verdi, nə aldı? - Təhlil

Date: 22 November 2016 18:48

Amerikanın 44-cü prezidenti Barak Obamanın 8 ildə apardığı iqtisadi siyasət təhlil edilib. 2 ay sonra prezident kürsüsünü Donald Trampa təhvil verəcək Obamanını iqtisadi vədlərini nə dərəcədə yerinə yetirdiyi araşdırılıb.

Publika.az gəlinən nəticələri təqdim edir:

İqtisadi artım

ABŞ Barak Obama 2008-ci ildə prezident seçildiyi zaman tarixin ən böyük maliyyə böhranını yaşayırdı. Nəhəng maliyyə şirkətləri iflas edir, işsizlərin sayı günü-gündən artırdı. ABŞ iqtisadiyyatı 2,8 faiz kiçilərək İkinci Dünya Müharibəsindən sonra ən pis performansını nümayiş etdirirdi. Obama ressesiyaya çarə olmaq üçün 800 milyard dollar dəyərində “İqtisadi Canlandırma Proqramı”nı təsdiqlədi. Eləcə də, ABŞ Mərkəzi Bankı faiz siyasətini sıfıra endirərək 600 milyard dollar həcmində istiqraz alışı proqramının icrasına başladı. Obamanın prezident olduğu dövrdə ölkə iqtisadiyyatı 1,5 faiz artdı. Düzdür, bu rəqəm ABŞ iqtisadiyyatının ressesiyadan xilas olmasına yetsə də, əvvəlki kimi yüksək artım rəqəmləri müşahidə edilmədi.

Məhz buna görə də Donald Tramp bütün seçki kampaniyası boyunca Obamanın ünvanına “ABŞ-a tarixinin ən zəif artım dönəmini yaşatdı” kimi ittihamlar səsləndirirdi.

Məşğulluq

15,5 milyon nəfər insan işləmək imkanı qazandı. Maliyyə böhranı səbəbindən işsizlik 2009-cu ilin ortalarında 10,3 faizə yüksəlmişdi. Bu da son 26 ilin ən yüksək göstəricisi idi. İşsizlik 2016-cı ildə 5 faizə qədər endi.

Gəlir bərabərsizliyi

Obamanın hakimiyyəti dövründə ABŞ iqtisadiyyatı ressesiyadan çıxdı, işsizlik azaldı. Lakin gəlirlərin bərabər bölünməsi sahəsində nailiyyət əldə olunmadı. Rəsmi və akademik araşdırmalar göstərir ki, ölkədə son 20 ildə müşahidə edilən gəlir bərabərsizliyi Obamanın prezident olduğu dövrdə son 100 ilin ən yüksək səviyyəsinə qalxdı.

Maliyyə əməliyyatları

Obama 2008-ci il maliyyə böhranının təkrarlanmaması üçün “Wall Street'”ə yeni qaydalar gətirəcəyini vəd etmişdi. “Wall Street” islahatlarını özündə cəmləşdirən “Dodd-Frank” aktı 2010-cu ildə konqresdən keçdikdən sonra böyük zəfər qazandı. Obamanın səlahiyyətlərinin icrasına başladığı dövrdə Dow Jones Sənaye İndeksi 8 min bal, S&P 500 İndeksi 840 bal və Nasdaq Texnologiya İndeksi 500 min bal səviyyəsində idi. Son 8 ildə bu indekslər rekord qırır. Məsələn, son günlərdə Dow Jones Sənaye İndeksi 18.956 bala, Standard & Poor's 500 İndeksi 2.198 bala və Nasdaq Texnologiya İndeksi 5.368 bala yüksələrək 1999-cu ilin dekabrından bu yana ən yüksək səviyyəyə çatıb.

Ticari siyasət

Obamanın digər vədi ixracın artırılması ilə bağlı idi. ABŞ Ticarət Nazirliyinin rəqəmlərinə görə, 2009-cu ildə ixrac 15 faiz azalaraq, 1 trilyon 588 milyard dollara geriləmişdi. 2014-cü ildə artıq ölkənin ixracatı 2 trilyon 343 milyard dollara yüksəlmişdi. Obama eləcə də Cənubi Koreya, Kolumbiya, Panama kimi ölkələrlə də ticari müqavilələr imzalayıb.

Vergi islahatları

Bu sahədə Barak Obama elə də müvəffəqiyyət qazanmış hesab edilmir. Vergi vədlərindən o yalnız, aşağı gəlirli ailələrə vergi endirimləri, uşaqlara baxmaq üçün kreditlərlə bağlı islahatlar həyata keçirdi.

Cəmiyyətin borcu

Obamanın hakimiyyəti dövründə cəmiyyətin borcu 10,6 trilyon dollardan 19, 9 trilyon dollara yüksəldi.

Enerji sektoru

Obamanın vədlərindən biri də Amerikanın enerji asılılığını aradan qaldırmaq idi. ABŞ əgər 2008-ci ildə gündəlik 5 milyon barel neft istehsal edirdisə, 2015-ci ildə bu rəqəm iki dəfə yüksələrək 9,6 milyon barelə yüksəldi.

İqtisadiyyat şöbəsi


Tags:  Obama ildə verdi aldı Təhlil


RƏYLƏR


Top news