Xudatda iki avtomobil toqquşub, bir sürücü yaralanıb, digəri hadisə yerindən qaçıb

Xudatda iki avtomobil toqquşub, bir sürücü yaralanıb, digəri hadisə yerindən qaçıb
18:52 22 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz. 22 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda yol qəzası baş verib. 
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Xudat şəhərində qeydə alınıb. 
Belə ki, "VAZ-2106" və "VAZ-2121" markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106"nın sürücüsü, 1987-ci il təvəllüdlü Albert Həmid oğlu Ağamov xəsarət alıb. Yaralı Xudat Şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buaxılıb. 
"VAZ-2121" sürücüsü isə hadisə yerindən qaçıb. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/xudatda-iki-avtomobil-toqqusub-bir-surucu-yaralanib-digeri-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR