Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Nüsrət Kəsəmənlinin xatirəsi yad edildi

Nüsrət Kəsəmənlinin xatirəsi yad edildi

Nüsrətə daha bir gözlənilməz təklif (03 Mart 2017 22:12)

Tarix: 22 Noyabr 2016 18:58

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasında Nüsrət Kəsəmənlinin anadan olmasının 70 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə şairin həyat və yaradıcılığından söhbət açılıb. Bildirilib ki, o, 60-cı illərin əvvəllərində bədii yaradıcılığa başlayıb. 150-dək şerinə musiqi bəstələnib. Moskvada gənc yazıçıların ümumittifaq müşavirələrində iştirak edib.

Fəal ictimaiyyətçi olan şair C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor işləyib və “Dünyaya pəncərə” sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olub. “Boş kəndlərin harayı”, “Mövzu üzrə improvizasiya”, “Sovet Azərbaycanına səyahət” və s. sənədli filmlərin, “Afroditanın qolları”, “Qarabağ əhvalatı” bədii filmlərin ssenari müəllifidir.

Şair 2003-cü il oktyabrın 17-də dünyasını dəyişib.


Teqlər:  Nüsrət Kəsəmənlinin xatirəsi yad edildi



RƏYLƏR


Top xəbərlər