Bricit Brink: "ABŞ Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndirir"

Bricit Brink: "ABŞ Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndirir"
19:17 22 Noyabr 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "ABŞ Ceyms Uorlikin ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsində fəaliyyətini çox yüksək qiymətləndirir". 
"Report" xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.
Onun sözlərinə görə, C.Uorlik bu vəzifədə üç ilə yaxın fəaliyyət göstərib: "Bu, çox normal bir haldır. Adətən, diplomatlar hansısa bir vəzifədə müəyyən müddət çalışırlar". 
B.Brink C.Uorliki əvəzləyəcək yeni həmsədrin adını hələlik bilmədiyini söyləyib. 
O vurğulayıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmür: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc şəkildə həllinə sadiq olaraq qalır. Bu istiqamətdə də tərəflərlə işləməyə hazırdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/abs-ceyms-uorlikin-atet-in-minsk-qrupunun-hemsedri-vezifesinde-fealiyyetini-cox-yuksek-qiymetlendir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR