Almaniyanın "Lufthansa" aviaşirkəti noyabrın 23-ə planlaşdırılan 900-ə yaxın aviareysi təxirə salmalı olub.
Milli.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, buna pilotların tətili səbəb olub.
Şirkətin verdiyi məlumata əsasən, noyabrın 23-ü 3 minə yaxın reys planlaşdırılsa da, onlardan yalnız 2100-ü həyata keçiriləcək.
Milli.Az