Bricit Brink: "ABŞ Azərbaycanla əməkdaşlıq etmək prinsipinə sadiqdir"

Bricit Brink: "ABŞ Azərbaycanla əməkdaşlıq etmək prinsipinə sadiqdir"
19:32 22 Noyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır". 
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.
Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti, vətəndaş cəmiyyətinin təmsilçiləri və müxalifət partiyalarının nümayəndələri ilə görüşüb: "Görüşlərdə Azərbaycanla ABŞ arasında münasibətlər və bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, təhlükəsizlik, terrorizmə, transmilli cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə, iqtisadi əməkdaşlıq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb". 
B.Brink bildirib ki, ABŞ Azərbaycanla əməkdaşlıq etmək prinsipinə sadiqdir. 
ABŞ dövlət katibinin köməkçisinin müavini həmçinin Prezident İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalamasını alqışlayıb və bunu müsbət addım kimi dəyərləndirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/abs-azerbaycanla-emekdasliq-etmek-prinsipine-sadiqdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR