Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Trampın təhlükəsizliyinə hər gün bu qədər xərclənir - ŞOK RƏQƏM

Trampın təhlükəsizliyinə hər gün bu qədər xərclənir - ŞOK RƏQƏM

Tarix: 22 Noyabr 2016 19:38

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ailəsinin təhlükəsizliyinin təmin olunması üçün Nyu-York meriyası hər gün 1 milyon dollar xərcləyir.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən CNN bildirib.

Qeyd edilir ki, inaqurasiyadan sonra xərclər təxminən eyni səviyyədə qalacaq.

“Təhlükəsizliyin təmin edilməsi bizim əsas vəzifəmizdir. Biz seçilmiş prezident, onun ailəsi və komandasını mühafizə etməliyik”, - deyə Nyu-Yorkun meri Bil De Blazio bildirib.

Onun sözlərinə görə, maliyyə yardımı üçün federal hökumətə müraciət edəcəklər. Məmur həmçinin əlavə edib ki, şəhərin ən sıx məskunlaşdığı rayonda yaşadığı üçün Trampın mühafizəsi böyük məbləğə başa gəlir.

Qeyd edək ki, Tramp ailəsi Vaşinqtona köçməkdən imtina edib. Trampın oğlu Berron Nyu-Yorkda özəl məktəbdə oxuyur.

Ömər


Teqlər:  Trampın təhlükəsizliyinə hər gün bu xərclənir ŞOK RƏQƏM



RƏYLƏR


Top xəbərlər