Məşhur repçi xəstəxanalıq oldu

Məşhur repçi xəstəxanalıq oldu
20:01 22 Noyabr 2016
74 Şou
Ölkə mətbuatı
A- A+

Amerikalı rep ifaçısı Kanye Uest xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, psixoloji gərginlik keçirən Kanye öz xoşluğu ilə tibb müəssisəsinə getmək istəməyib. Onu polis əməkdaşları məcbur aparıblar.

Daha sonra "Saint Pabloa" konsert turunun ləğv ediləcəyini dedikdən sonra o, evə buraxılıb.

Qeyd edək ki, musiqiçi bir müddət əvvəl müğənni Beyons və Cey Zinin ünvanına aşkar tənqidlə çıxış edib, eyni zamanda, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dəstəklədiyini bildirib. Bundan az sonra Uestin nümayəndələri vurğulayıblar ki, onun ölkədə planlaşdırılan silsilə konsertləri baş tutmaya bilər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR