Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Marneulidə yaşayan azərbaycanlıların təşəbbüsüylə yeni tədris mərkəzi açılıb

Marneulidə yaşayan azərbaycanlıların təşəbbüsüylə yeni tədris mərkəzi açılıb

ABŞ-ın Gürcüstandakı səfirliyinin əməkdaşları Marneulidə keçiriləcək Novruz şənliyinə dəvət olunub (13 Mart 2017 15:37)
Güclü külək azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəsadlar törədib - FOTO (26 Fevral 2017 19:57)

Tarix: 22 Noyabr 2016 20:12

Marneuli. 22 noyabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda müasir tədris mərkəzi açılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu rayonda yaşayan azərbaycanlıların təşəbbüsü ilə fəaliyyətə başlayan mərkəz soydaşlarımızın gürcü dilini öyrənmələrində və yerli ictimaiyyətə inteqrasiyasında mühüm rol oynayacaq.
Mərkəzin açılış mərasimində Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları Ruslan Hacıyev və Tamaz Naveriani, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, barış və inteqrasiya məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğalı, Azərbaycanın bu ölkədəki səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva iştirak ediblər.
Paata Xizanişvili Marneulidə yaşayan milli azlıqların gürcü dilini öyrənmələrində bu mərkəzin müstəsna roy oynayacağını bildirib və mərkəzin azərbaycanlıların təşəbbüsü ilə açılmasını nümunəvi addım kimi qiymətləndirib.
Merab Topçişvili deyib ki, mərkəz xalqlarımız arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Samirə Ağayeva mərkəzin açılışını “Bilik günü” adlandırıb, uşaqların və yeniyetmələrin müasir standartalara uyğun metodlarla təhsil alacaqlarına inamını ifadə edib.
Digər natiqlər də mərkəzin fəaliyyətə başlamasını əlamətdar hadisə adlandırıb, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. 
Qeyd edək ki, Qrinviç Təhsil Mərkəzi ilk dəfə Gəncə şəhərində fəaliyyətə başlayıb. Hazırda mərkəzin Gəncə və Bakı şəhərində ofisləri fəaliyyət göstərir. 



Teqlər:  Marneulidə yaşayan azərbaycanlıların təşəbbüsüylə yeni tədris mərkəzi açılıb



RƏYLƏR


Top xəbərlər