Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Noyabr

Date: 22 November 2016 20:14

GÜNÜN ŞƏRHİ
 
Bazar OPEK-in noyabrın 30-da keçiriləcək sammitində hasilatın dondurulması ilə bağlı verilməli olan qərarı gözləyir. Vaxt yaxınlaşdıqca, bu istiqamətdə səslənən bəyanatlar daha nikbin xarakter daşımağa başlayır.
 
Ötən həftənin sonunda OPEK-in baş katibi Məhəmməd Barkindo İrana səfər edərək, ölkə rəsmiləri ilə məsləhətləşmələr aparıb. Konstruktiv şəraitdə keçən danışıqlardan sonra İranın neft naziri təşkilat daxilində konsensusun əldə olunma ehtimalını yüksək dəyərləndirib. Danışıqlar zamanı İraqın da kifayət qədər rasional mövqe nümayiş etdirdiyi deyilir. Bazarın reaksiyası da tərəflərin hasilat məsələsində ortaq mövqedən çıxış edəcəklərindən xəbər verir. Əgər bir müddət əvvəl qiymətlər sürətlə aşağı enirdisə, indi yenidən 50 dollarlıq göstəriciyə yaxınlaşır.
 
Görünən budur ki, iri neft ölkələri hasilatı məhdudlaşdırarsa, neftə olan tələbat bir qədər də artmış olar və nəticədə 2017-ci ilin 1-ci və 2-ci rüblərində tələb və təklif arasında yenidən balans formalaşa bilər. OPEK-ə gəlincə, təşkilatın razılığa gəlməkdən başqa yolu yoxdur. Çünki son illərdə təşkilat nüfuzunu sadəcə olaraq əldən verib. Növbəti uğursuzluq OPEK-in, ümumiyyətlə, süquta uğraması ilə nəticələnə bilər. Bütün bu faktorlar üzvlər arasında razılığın əldə olunmasını qaçılmaz edir.
 
Bundan əlavə, "qara qızıl" qiymətlərinin yüksək olması hər kəs üçün daha sərfəli variant hesab oluna bilər...

Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku 22 Noyabr


RƏYLƏR


Top news