Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çılpaq səhnəyə çəkilmədiyi üçün məhkəməyə verdilər - foto

Çılpaq səhnəyə çəkilmədiyi üçün məhkəməyə verdilər - foto

Date: 22 November 2016 20:21

Aktrisa Emberd Xerd aktyor Coni Depplə boşanma davasından qurtarmamış, başına yeni hadisə gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Xerdin çəkildiyi "London tarlaları" (London Fields) filmi onu məhkəməyə verib. Buna səbəb isə Emberdin müqaviləyə əməl etməməsidir.

"Xerd filmə çəkilməmişdən əvvəl ssenarini oxuyub. Müqaviləyə qol çəkib. Film bitmək üzrədir, indi isə o, çılpaq çəkilməli olduğu səhnədən imtina edir. Bunun səbəbini bilmirik", - deyə filmin prodüseri bildirib.

Filmin çəkilişlərini yarımçıq qoyduğu üçün Emberd məhkəməyə verilib və ondan 10 milyon dollar tələb olunur.

Aktrisa bu barədə hələ ki, açıqlama verməyib.


Tags:  Çılpaq səhnəyə çəkilmədiyi məhkəməyə verdilər foto

RƏYLƏR


Top news