Gözəlləşmək istəyənlər üçün məsləhətlər

Gözəlləşmək istəyənlər üçün məsləhətlər
20:46 22 Noyabr 2016
812 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən gözəlləşmək üçün 5 asan məsləhət təqdim edir:

1. Hər gün acqarına 1 çay qaşığı kətan toxumu yeyin. Onu bir stəkan su ilə udun. Bu, orqanizmi təmizləyir, dərini daha hamar və təravətli edir. Yadda saxlayın ki, orqanizmdə daş varsa, kətan toxumu qəbul etmək olmaz.

2. Hər gün bişmiş çuğundurdan olan salatlar yeyin. Bunu həm səhər yeməyi, həm də axşam yeməyində qəbul etmək olar. Çuğundur qan təmizləmək üçün əla vasitədir. Təmiz qan isə gözəl xarici görünüşün əsas şərtidir. Bu üsul həm də daxili orqanların fəaliyyəti üçün faydalıdır.

3. Hər gün yatmazdan bir saat öncə üzünüzə qliserin ilə vitamin E qarışığı çəkin. Hazırlaması isə çox sadədir: 30 qram qliserinə 10 kapsul vitamin E əlavə edin və qarışdırın. Kremi çəkməzdən əvvəl üzünüzü təmiz yuyun və fırça ilə yüngülcə masaj edin. Belə olanda hüceyrələr qarışığı tam sovura bilir.

4. Hər gün azı 50 qram qoz yeyin. İki həftədən sonra saçlarınız və dırnaqlarınız möhkəmlənəcək.

5. Üç gündən bir saçlarınız üçün toz xardaldan maska edin. Toza ayıpəncəsi və ya buğda yağı əlavə edib sıyıq halına gətirin.  Nəm saçda 20-30 dəqiqə saxlayın. Bir aylıq müntəzəm istifadədən sonra saçlar daha uzun, daha parlaq və daha sağlam olacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR