Misirin “Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru Tərcümə Mərkəzində olub

Misirin “Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru Tərcümə Mərkəzində olub
20:52 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Misirin məşhur “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarıq ət-Tahir Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa məlumat verib. Azərbaycanda ərəb ədəbiyyatına olan maraqdan, ölkədə fəaliyyət göstərən ərəb səfirlikləri ilə qurulmuş əlaqələrdən və layihələrdən söz açıb. 
Direktor Azərbaycan ədəbiyyatının dünyada, eləcə də ərəb ölkələrində tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb: “Bu layihələrdən ən mühümü, əlbəttə ki, hazırda müxtəlif dillərdə dünyaya təqdim etməkdə olduğumuz “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”dır ki, kitab artıq rus, türk və ingilis dillərində işıq üzü görüb. Yaxın günlərdə nəşrin ərəb dilində Misirdə işıq üzü görəcəyi gözlənilir”.
Öz növbəsində, rəhbəri olduğu mətbu orqanın 25 illik fəaliyyətindən danışan Tarıq ət-Tahir 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin – aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıtımı olduğunu bildirib.  

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/misirin-exbar-el-edeb-qezetinin-bas-redaktoru-tercume-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR