Türkiyəli aparıcı Burcu Esmersoy alış-veriş mərkəzlərindən birində sevənləri ilə görüşüb.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, aparıcı ona ünvanlanan sualları cavablandırıb, eləcə də, özü haqqında danışıb:
"Mən xərcəng və balıq bürclü kişilərdən qaçıram. Mənimlə dostluq etmək istəyənlərdən də dərhal onların bürcünü soruşuram".
Yaxşı evdar qadın olduğunu deyən Burcu evini daim səliqəli saxladığını vurğulayıb:
"Mətbəxim və hamam otağım tər-təmiz olmalıdır. Xlorla hər gün oraları silirəm. Bəzən əllərim belə yanır".