Sürücülərin işi çətinləşdi - yollarda təhlükəli vəziyyət yarandı - VİDEO

Sürücülərin işi çətinləşdi - yollarda təhlükəli vəziyyət yarandı - VİDEO
21:22 22 Noyabr 2016
124 Ölkə
Ölkə mətbuatı
A- A+

Havaların soyuması dağlıq ərazilərdən keçən yollarda təhlükəni artırıb. Şamaxı yollarında buzlaşma avtomobillərin hərəkətinə ciddi təsir edib. Ötən gün axşam saatlarından daha qatı olan duman sürücülərin işini çətinləşdirib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, şaxtalı, dumanlı hava sürücülərə çətinlik yaradıb.

2 gündür davam edən şaxtalı hava əsasən magistral yollara öz təsirini göstərib. Şamaxı-Ağsu, Şamaxı-Pirqulu yolu buz bağlayıb.

Axşam saatlarında yolda hərəkət çətinləşib. Duman səbəbindən görmə məsafəsi 1-2 metirə enib. Sürücülər bir birinin ardınca ara məsafəsi saxlayaraq hərkət ediblər.

Səhər saatlarından duman çəkilib.Temperatorun qalxması ilə Yollarda olan sürüşkənlik yoxa çıxıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR