Pulu ödəyənin də, ödəməyənin də qazı kəsildi - VİDEO

Pulu ödəyənin də, ödəməyənin də qazı kəsildi - VİDEO
21:27 22 Noyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Təbii qazdan qeyri-qanuni istifadə edən qonşulara görə, qanuni istifadə edənlərin də qazı kəsilib. Söhbət Sabunçu rayonu Maştağa qəsəbəsindən gedir. Qəsəbədə küçələrin bir neçə yerində qaz boruları kəsilib. Nəticədə sayğacı və smartkartı olan sakinlər də qazsız qalıb

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Sabunçu rayon, Maştağa qəsəbəsinin bəzi küçələrində yerləşən evlər təbbi yanacaq üzünə həsrətdirlər. Çünkü qaz idarəsinin əməkdaşları bir neçə küçədə qaz borularini kəsiblər. Buna səbəb kimi isə həmin küçələrdə bəzi sakinlərin qazdan qeyri-qanuni istifadəsi göstərilib. Nəticədə qazdan qanuni istifadə edən sakinlərin də mənzillərinə gələn qaz dayandirilib. Üstəlik bu vəziyyət bir aydan çoxdur davam edir.

Sakinlər məsələ ilə bağlı dəfələrlə aidiyyatı qrumlara muraciət etdiklərini deyirlər. ancaq problem hələ də həllini tapmayıb.

''Azəriqaz'' İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev bildirdi ki,sözügedən ünvanda dəfələrlə qazdan qeyrü-qanuni istifadə halları aşkarlanıb. Bu səbəbdən təbii qazın verilməsi dayandırılıb. O ki, qaldı, qanuni istifadə edənlərin təbii qazının verilməsinin dayandırılmasına, qrumun sözcüsü bildirdi ki, həmin küçələrdə yaşayanların böyük əksəriyyəti qazdan qeyri-qanuni istifadə edib. Elə buna görə də həmin şəxslərin də mavi yanacağı dayandırılıb...Bütün abonentlər smart kart tıplı sayğacları aldıqdan sonra həmin küçədəki mənzillərin hamısı yenidən qazla təmin ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR