Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qaya kəndində yaşayan altıbarmaq nəsil: 25 qohumun 600 barmağı var - FOTO

Qaya kəndində yaşayan altıbarmaq nəsil: 25 qohumun 600 barmağı var - FOTO

Date: 22 November 2016 21:32

Bu nəslin 25 mənsubunun əl və ayaq barmaqlarının toplam sayı 600-dür. Çünki onların əllərində və ayaqlarında hamımıızda olduğu kimi beş yox, altı barmaq var.

Krişna Çudharinin hər əlində, hər ayağında 6 barmaq var. Atasında və qardaşında olduğu kimi.

Milli.Az İndia Times-a istinadən bildirir ki, Hindistanın şimalındakı Bihar ştatında yerləşən Qaya kəndində yaşayan Çudhari nəsli unikal sayıla bilər.

Onları "altıbarmaqlar" deyə çağırırlar.

"Babam və atam da altıbarmaqdılar. Onların əl və ayaqlarındakı barmaqların sayı 24 idi. Mənim də, bacılarımın və qardaşlarımın da 24 barmağı var. Uşaqlarımla nəvələrimdə də belədir. Barmaqlarımın çox olması mənə problemlər yaratmırlar. Amma nəvələrim əzab çəkirlər. Qızıma elçi gəlmişdi. 24 barmağının olduğunu biləndə fikirlərindən döndülər.  Özümü çox pis hiss etdim", - 50 yaşlı Krişna Çudhari deyib.

11 yaşlı Racu, 10 yaşlı Pintu, 10 yaşlı Pavvan, 14 yaşlı San da 24 barmaqlıdır.

Krişnanın əmisi qızı Sitbiyanın dediyinə görə, onlar sanki tanrıların lənətinə gəliblər: "Biz heç, dözürük, amma uşaqlar əziyyət çəkirlər. Ayaqqabı ala bilmirik onlara. Hər ayaqlarında 6 barmaq olduğundan şəp-şəp alırıq".

Ailənin sonbeşiyi, 1 yaşlı Manişa Çudharinin də hər əlində 6 barmaq var.

Puna Tibb Kollecinin professoru Ayuş Quptanın dediyinə görə, onlar irsi polidaktiliiya, yəni çoxbarmaqlıq xəstəliyiən tutulmuş ailəni müayinə edir, müalicə yollarını arayırlar.

Milli.Az















Tags:  Qaya kəndində yaşayan altıbarmaq nəsil 25 qohumun 600 barmağı var FOTO

RƏYLƏR


Top news