Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Özəlləşdirilən obyektlərin köhnə borcları silinə bilər - VİDEO

Özəlləşdirilən obyektlərin köhnə borcları silinə bilər - VİDEO

Date: 22 November 2016 21:32

Özəlləşdirilən obyektlərin köhnə borcları silinə bilər. Bununla bağlı hökumətə təkliflər verilib. Jurnalistlərin suallarını cavablandıran Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov belə bir açıqlama verib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, özəlləşdirilən obyektlərin borc problemi həll oluna bilər. söhbət həmin borcların silinməsindən gedir. Əmlak məsələləri dövlət komitəsinin sədri Kərəm Həsənov bununla bağlı müvafiq təkliflərin hazırlanıb hökumətə verildiyini açıqlayıb.

Komitə sədri bu vaxta qədər keçirilən hərraclar və özəlləşdirilən obyektlər haqqında da jurnalistlərin suallarını cavablandırıb. Kərəm Həsənov xarici şirkətlərin də obyektlərin özəlləşdirilməsinə maraq göstərdiklərini vurğulayıb. Onun sözlərinə görə xarici investorlar əsasən neft kimyası, neft maşınqayırması, aqrar sektorlarda olan müəssisələrlə maraqlanırlar.

Komitə sədri bu vaxta qədər özəlləşdirmə ilə bağlı elektron portala 250minə yaxın müraciətin daxil olduğunu da xatırladıb. Müraciətlərin içərisində ABŞ, Kanada, Rusiya və digər xarici ölkələrin investorları da var.

Milli.Az


Tags:  Özəlləşdirilən obyektlərin köhnə borcları silinə bilər VİDEO

RƏYLƏR


Top news