N saylı hərbi hissədə konsert keçirilib

N saylı hərbi hissədə konsert keçirilib
21:42 22 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Bibiheybət qəsəbə Mədəniyyət evi N saylı hərbi hissədə "Canım-qanım Azərbaycanım" adlı konsert keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, idarədən verilən məlumata görə, konsert dövlət himni ilə başlanıb.

Daha sonra Könül Məmmədli, Nuranə Paşayeva, Səbinə İsmayılova, Orxan Babazadə, Səbinə Əskərova, Mircabbar Mirbabayev, Günay Hüseynova, Könül Şıxəliyeva, Nurlan Təhməzli, Tural Babazadə kimi gənc müğənnilər şən mahnıları ilə əsgərlərdə xoş əhval yaradıblar.

Həmçinin, Bibiheybət qəsəbə Mədəniyyət evinin " Sabahın ulduzları" rəqs dərnəyinin üzvləri "Azəri rəqsi", "Şalaxo", "Qoçəli" rəqs nömrələri ilə çıxış ediblər. Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri "Yaşa var ol Azərbaycan" adlı şeir kompozisiyasını təqdim ediblər.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR