Sevgili olan aktrisa Berrak Tüzünataç və aktyor Birkan Sokullu uşaq mağazalarından birində görünüblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük dostlarının qız övladı üçün geyim seçdiklərini bildiriblər.
Şəxsi həyatlarında da hər şeyin yolunda olduğunu vurğulayan sevgililər istədiklərini aldıqdan sonra ticarət mərkəzini tərk ediblər.