"Qızılların bir hissəsi qatıq vedrəsində, qalanları..." - Ziya Məmmədovun sabiq müşaviri danışdı

"Qızılların bir hissəsi qatıq vedrəsində, qalanları..." - Ziya Məmmədovun sabiq müşaviri danışdı
21:57 22 Noyabr 2016
225 Ölkə
Ölkə mətbuatı
A- A+

Anar Məmmədovun ofisindən reportaj – lələ köçüb, yurdu qalıb - FOTOLAR (06 İyun 2017 21:57)
Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun (22 May 2017 21:52)
Qatıq suyu ilə bir çox xəstəlikdən qurtulun (21 May 2017 11:23)

"Qızılların bir hissəsini qatıq vedrəsinə yığmışdım; təxminən 6-7 kiloqram idi..."

Bu yaxınlaradək nəqliyyat naziri Ziya Məmmədovun müşaviri olan, 58 yaşlı qohumunu 800 minlik daş-qaşını ələ keçirməkdə günahlandırıb həbs etdirən Çingiz Baxışov noyabrın 22-də məhkəmədə ifadə verib.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, daha öncə prokuror ittiham aktını açıqlayıb. İttihama görə, Çingiz Baxışovun qohumu Rövşən Əhmədov onun özünün 695 minlik, qızlarından Fatmanın 50 minlik, Sevilinsə 55 minlik qızıl-bəzək əşyalarını ələ keçirib. Rövşən Əhmədova CM-in 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib.

Ötən ilin aprelindən həbsdə olan Rövşən Əhmədov ittiham aktında yazılanlarla razılaşmayıb və özünü təqsirli saymadığını bildirib.

"Qızılların çoxu 5-lik, 10-luq, 15-lik idi"

Ardınca zərərçəkmiş statusunda ifadə verən sabiq nazir müşaviri deyib ki, Rövşən uzaq qohumudur - anaları əmiqızıdır.

Nazirin müşaviri olanadək "Avtonəqliyyat" Servis Departamentinin rəisi, ardınca nazirliyin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbəri vəzifələrində çalışmış Çingiz Baxışovun sözlərinə görə, qohumu təxminən 12 il onun yanında işləyib, nəqliyyat müfəttişi olub:

"Yanımda işləyib, ona etibar eləmişəm, lazım olan işləri tapşırmışam, yerinə yetirib. Tez-tez bizə gəlib-gedirdi. Düzdür, evimizdə oturmurdu, amma nə lazımdırsa, tapşırırdım, eləyirdi. Qızım Fatma xəstəliyi ilə əlaqədar tez-tez Türkiyəyə gedib-gəlir. O biri qızım Sevil də işləyir. Ona görə də saxlamaq üçün qızıllarını bizə gətirmişdilər. Ötən ilin sentyabrında yoldaşımla xarici ölkəyə gedirdik deyə, Rövşəni çağırıb üç ayrı-ayrı bağlama şəklində ona verdim".

Çingiz Baxışov deyib ki, qızıl-zinət əşyalarının bir hissəsi ikikiloqramlıq qatıq vedrəsində, bir hissəsi çay qabında, qalanı da bir sellofanda olub. Hər üç bağlamanın da ağzı "skoç"lanıb. Əşyaların böyük bir qismi qızıl pullar - 5-lik, 10-luq, 15-liklər olub: "Rövşənə verəndə yoldaşım dedi ki, "ömür boyu nə yığmışıqsa, hamısı burdadır, aparıb bizi pis günə qoyarsan". O da cavabında qayıtdı ki, "heç nədən narahat olmayın, aparıb basdırıb gizlədəcəyəm". Torbada 6-7 kilo qızıl olardı"

"Az qalırdı əyilib ayaqqabılarımın tozunu silsin..."

Çingiz Baxışovun sözlərinə görə, bir də bu ilin fevralında Rövşən Əhmədov ona zəng eləyib ki, yaxın vaxtlarda qızının toyudur, evə gəlib-gedən çox olacaq, ona görə qızılları saxlamaq istəmir: "Dedim ki, evdə yoxam. Aparıb qızım Fatmagilə verdi. Həmin vaxt qızım evdə olmayıb, kürəkənim Ayaza verib. Bir müddət sonra qızım zəng elədi ki, "ata, nə isə bağlamalar çox yüngüldür". Yoldaşım dedi ki, "Rövşən elə şey eləməz". Bir də martın axırında gedib götürəndə gördüm ki, bağlamaların ikisi boşdur. Ümumilikdə, cəmi 300-400 qramlıq əşyalar qalıb.

Bağlamaları evimizə gətirdik, Rövşəni çağırdıq, gəldi. Qatıq vedrəsini açdıq, boş idi, çayqabını açdıq, boş idi. Üçüncü bağlamanı açanda içindəkilər orada idi. Soruşdum ki, qızıl pullar hanı? Quzu sifətində olan adam birdən-birə şirə döndü. Dedim ki, "bağırma, get, evindəkilərlə danış, xoşluqla qızılları qaytar". Getdi, ondan sonra telefonlarımı götürmədi... Elə bil 12 il mənim yanımda quzu kimi işləyən adam deyil. Həmişə nə deyirdim, onu da eləyirdi. Evimə gələndə az qalırdı ki, əyilib ayaqqabılarımın tozunu silsin...".

İcra başçısı 950 hektar torpaq sahəsi bağışlayıb

Çingiz Baxışov qohumunu mənimsəmə ilə yanaşı, həm də onu zəhərləmək cəhdində günahlandırıb: "Mən, adətən, Bayraq Meydanında gəzişirəm. Çox vaxt o da yanıma gələr, amma əlində heç nə gətirməzdi. Fevral ayında yenə ora gəldi, əlindəki butulkada su vardı. Təklif elədi, mən də içib, qaytardım. Fevralın 3-də səhər duranda halım pisləşdi. Üç gün bu vəziyyətdə oldum. Sonra Gömrük Hospitalına aparılanda məlum oldu ki, mədəm bütün qandır. Təmizlədilər. Onda böyük qızım dedi ki, "Rövşənin əlindən nə isə içməmisən?". Sonra məni Avstriyaya apardılar, iki həftə orada müalicə olundum".

Şikayəti əsasında Rövşən Əhmədov həbs olunandan sonra mediada onun barəsində yayılan məlumatlardan gileylənən keçmiş məmur bunu şantaj kimi qiymətləndirib.

Rövşən Əhmədov istintaqa ifadəsində deyib ki, Çingiz Baxışov əvvəllər də ona milyonlarla pulunu, qızıllarını saxlamağa verib. Bundan əvvəl bir dəfə qızıllarını özünə qaytaranda onun bir hissəsinin yerində olmadığını iddia edib, amma bir müddət keçəndən sonra səhvini etiraf edib. Bu səbəbdən aralarında bir müddət soyuqluq olub.

Amma Çingiz Baxışov prokurorun suallarını cavablandırarkən, daha öncə qohumuna saxlamağa heç nə vermədiyini söyləyib.

Bununla belə, o, Rövşən Əhmədovun vəkilinin suallarını cavablandırarkən etiraf edib ki, oğlunun 4 sot torpağını onun adına keçirib. Keçmiş məmur Qobustan rayonundakı 950 hektar torpaq sahəsini də Rövşən Əhmədovun adına rəsmiləşdirdiyini təsdiqləyib. Onun sözlərinə görə, Qobustanın icra başçısı aralarında yaranmış mübahisəni yoluna qoymaq məqsədilə, 950 hektar yaylaq veribmiş.

Dekabrın 1-də keçiriləcək növbəti məhkəmə iclasında Rövşən Əhmədovun özü ifadə verəcək. O, ittihamı qəbul etmir və deyir ki, qızıl dolu bağlamaları necə alıbsa, eləcə də aparıb Baxışovun kürəkəninə təhvil verib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Fahriyenin xına gecəsindən ilk görüntülər - VİDEO - FOTO

25 İyun 2017 12:57

Türk klubundan Arda Turan bombası

25 İyun 2017 12:57

Türkiyədə sərnişin avtobusu aşdı -

25 İyun 2017 12:53

Sumqayıt sakinləri gecə dəhşət yaşadılar - Güclü yanğın - VİDEO

25 İyun 2017 12:42

Rumıniya yığmasının sabiq üzvü "Zirə"də

25 İyun 2017 12:37

Pakistan cəhənnəmi yaşadı -

25 İyun 2017 12:26

Çində torpaq sürüşdü: 140 nəfər itkin düşdü - VİDEO - FOTO

25 İyun 2017 12:22

Meraya Kerri: "Bakı, mən artıq yoldayam!" - VİDEO

25 İyun 2017 12:17

Çində sürüşmə nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

25 İyun 2017 12:12

Afrika qaçqını 10 yaşlı azərbaycanlı qızı zorladı

25 İyun 2017 12:08

Abşeronda yanğın -

25 İyun 2017 11:58

"Real" Ronaldonun yerinə onu transfer edir - 135 milyon avro

25 İyun 2017 11:57

Könül oğlu ilə gəzintidə - FOTO

25 İyun 2017 11:52

Bayram günlərinin hava proqnozu açıqlanıb

25 İyun 2017 11:50

Bayram günlərində hava necə olacaq? - PROQNOZ AÇIQLANDI

25 İyun 2017 11:49

Kafedə Pakistan vətəndaşını döydülər - BAKIDA

25 İyun 2017 11:44

183-dən 65-ə düşdü - FOTOLAR

25 İyun 2017 11:43

Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib

25 İyun 2017 11:43

Ramazan bayramı günlərində hava isti, küləkli olacaq

25 İyun 2017 11:37

Tanınmış müğənni boşanma səbəbini açıqladı - "Hələ də bilmirəm ki..."

25 İyun 2017 11:34

Donald Tramp müsəlmanları -

25 İyun 2017 11:28

Bayram günlərində ölkə ərazisində 37 dərəcəyədək isti gözlənilir

25 İyun 2017 11:27

ABŞ-ın Suriyada İran ziddiyyəti: Dostdurmu, düşməndirmi?..

25 İyun 2017 11:23

"Həyatımın konsertinə hazırlaşıram"

25 İyun 2017 11:22

Bundestaqa rus “hücum”u: Moskva Merkeli devirməyə cəhd edir

25 İyun 2017 11:17

Azəri qızı Günel burnunu kəsdirib tanınmaz hala düşdü - FOTO

25 İyun 2017 11:13

Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi keçiriləcək

25 İyun 2017 11:12

Polisə 300 min təklif edən azərbaycanlı biznesmen cəzalandırılacaq

25 İyun 2017 11:04

Britaniyalı qonaq: Bakıda Formula 1-ə baxmaqdan zövq alırıq

25 İyun 2017 11:01

Kabuslarını fotolara köçürüb məşhur oldu - FOTOLAR

25 İyun 2017 10:58

"4 ərəb ölkəsi Türkiyə qarşı hörmətsizlik etdi" - Ərdoğan

25 İyun 2017 10:57

Cəbhədə son vəziyyət -

25 İyun 2017 10:54

Rusiyada yol qəzasında 4 Fransa vətəndaşı ölüb

25 İyun 2017 10:49

16 yaşı var, 146 cinayət törədib

25 İyun 2017 10:38

Lent.az-ın 9 yaşı tamam oldu

25 İyun 2017 10:34

Bakıda biznes mərkəzində faciə: ölən var

25 İyun 2017 10:29

Burak Özçivit Fahriye Evcenin xına gecəsində görün nə etdi - FOTOLAR - VİDEO

25 İyun 2017 10:28

Bakıda maşın işıqforun qırmızı işığında keçərək qəza törətdi: 2 yaralı - VİDEO

25 İyun 2017 10:27

İranda terror aktlarının qarşısı alındı -

25 İyun 2017 10:25

İndən belə fermalar üzəcək - FOTOLAR

25 İyun 2017 10:13

Bu il Bakıda 10-dan artıq avtomobil yolu yenidən qurularaq istifadəyə veriləcək

25 İyun 2017 10:08

Cəbhədə GƏRGİNLİK

25 İyun 2017 10:08

Azərbaycanda balıq alverçisini qanına qəltan etdilər

25 İyun 2017 10:04

Cəbhədən son xəbər: ermənilər kəndlərimizi atəşə tutub

25 İyun 2017 09:59

Cəhbədə növbəti erməni təxribatı: minaatanlardan 10 mərmi atıldı

25 İyun 2017 09:57

Ermənilər minaatanlarla atəşkəsi 148 dəfə pozdu

25 İyun 2017 09:55

Bakıda arvad ərini döydü

25 İyun 2017 09:48

Ermənistan silahlı bölmələri minaatanlardan ordumuzun mövqelərini atəşə tutub

25 İyun 2017 09:47

Uşaqların ilanla ölümcül oyunu-

25 İyun 2017 09:46

İsrail Suriya ordusunu bombalamasının səbəbini açıqladı

25 İyun 2017 09:42