"Gülnarə Kərimova ölümü haqda şayiələri özü yayır”

"Gülnarə Kərimova ölümü haqda şayiələri özü yayır”
22:05 22 Noyabr 2016
227 Dünya
Ölkə mətbuatı
A- A+

"Gülnarə Kərimovanın ölümü haqda xəbər yalandır. Onun müəllifi kimdir - demək çətindir. Amma mən burada, Özbəkistanın sabiq prezidentinin qızının indiki statusunu təkrar gözdən keçirməyə və ya yüngülləşdirməyə çalışmasını nəzərə alaraq, təcrübədə geniş yayılmış siyasi texnologiya elementindən istifadə edildiyini və bunda Gülnarə Kərimovanın özünün də maraqlı olduğunu istisna etməzdim".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu vməşhur özbək politoloqu Kamoliddin Rabbimov deyib.

Onun fikrincə, Gülnarə Kərimovanın ailəsinin üzvləri, həmçinin yeni hakimiyyət və Özbəkistanın bütün siyasi elitası onu tamamilə şıltaq, nəzarətdə olmayan, impulsiv hesab edir. Və vəziyyəti təhlil edərək, əmin olmaq olar ki, hakimiyyət dəhlizlərində, səs-küylü bəyanatları ilə ölkədəki siyasi proseslərə təsir etmək imkanı olmasın deyə, onu bundan sonra da "ev dustaqlığında" saxlamaqla bağlı razılıq var.

"Gülnarə Kərimovanın taleyini ailə konsiliumu-ana Tatyana Kərimova və bacısı həll edir. Ölkə hakimiyyəti İslam Kərimovun ailəsinin üzvlərinə indiyə qədər hörmət və ehtiyatlılıqla yanaşıb. Bir sözlə, yeni özbək hakimiyyəti Gülnarə Kərimovaya necəsə ziyan vurmaqda maraqlı deyil. Axı, qarşıda - seçkilər, yeni hakimiyyətin legitimliyi məsələsi var. Bu şəraitdə onlar üçün öz yollarını keçmiş prezidentin ailə üzvünün aradan götürülməsindən başlamaq əsl dəhşət olardı. Gülnarə ilə bağlı yeni hakimiyyətin bir arzusu varsa, o da artıq səs-küydən və ziyandan qaçmaqdır", - deyə ekspert vurğulayıb.

Ekspert bildirib ki, Kərimovlar ailəsi özü də aralarından kiminsə məhvinə imkan verməz. Çünki bu addım keçmiş prezidentin ailəsinin bütün qalan üzvlərinin, eləcə də yeni özbək hakimiyyətinin təhlükəsizliyi üçün fəlakət olardı.

"Gülnarənin əsas "təhlükəsizlik balışı" onun oğlu-kiçik İslam Kərimovdur, hansı ki, əlindəki böyük maliyyə kapitalı ilə Londonda oturur. Əgər onun anasına nəsə olsa, bunu birinci o özü bütün aləmə yayacaq ki, bu da yeni özbək hakimiyyətinin reputasiyasına düzəlməz zərər vuracaq"-politoloq xatırladıb.

Bütün bunlara əsaslanaraq, Kamoliddin Rabbimov güman edir ki, bu şayiələr Cinayət Məcəlləsinin çoxsaylı maddələri üzrə ittiham edilən Gülnarə Kərimovanın hüquqi statusuna yenidən baxılması üçün ortaya atılır: "Gülnarə Kərimovanın tərəfdarlarının bu siyasi texnologiyanı onun azad edilməsi və İslam Kərimovun ölümündən sonra hökumətdə səlahiyyətlərin bölünməsində iştirakını təmin etmək üçün başlatdıqlarını tamamilə mümkün hesab edirəm. Həmçinin, onun hədəfi özünə aid olan aktivləri - hansılar ki, atasının göstərişi ilə 2013-2014 illərdə əlindən alınıb, - qaytarmaqdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492042.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR