Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qızılgül ləçəyi dəmləməsinin faydaları

Qızılgül ləçəyi dəmləməsinin faydaları

Date: 22 November 2016 22:12

Təzə qızılgül ləçəyinin dəmləməsindən  müxtəlif xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir. Bunun üçün bir neçə qızılgülün ləçəkləri fincana qoyulur və üzərinə yeni qaynamış su əlavə edilib ağzı örtülür. Bir müddət sonra içilir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, qızılgül ləçəyi dəmləməsi antibakterial və antiseptik təsirə malikdir. Tərkibindəki antioksidant maddələr və vitaminlər onu bir çox xəstəliklərin müalicəsində faydalı edir. Bu dəmləmə oqranizmə aşağıdakı təsirləri göstərir:
* iltihab əleyhinə təsir göstərir
* dəridəki qızartıların azalmasına səbəb olur
* dəridəki sızanaqları sağaldır
* orqanizmi rahatladır
* stresi aradan qardırır
* yuxunu normallaşdırır
* dərini parıldadır
* enerji artırır
* dərinin yağlılığını azaldır
* yeni dəri hüceyrələrinin əmələ gəlməsinə səbəb olur
* təbii bir saç yumuşaldıcı təsiri var
* saçın uzanmasına və güclənməsinə səbəb olur
* kompresi göz altındakı şişkinliyi aradan qaldırır
* dərinin yaşlanmasının qarşısını alır
* günəş yanıqlarını sakitləşdirir
* qan dövranını sürətləndirir
* dərinin pH balansının normallaşdırır
* dişləri gücləndirir və ağız qoxusunu aradan qaldırır.
Dəri və gözaltı nahiyəyə kompres şəklində qoyduqda, qızılgül ləçəyi dəmləməsinə az miqdarda qızılgül yağı əlavə edilir.

Milli.Az


Tags:  Qızılgül ləçəyi dəmləməsinin faydaları

RƏYLƏR


Top news