Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub

Braziliyada etirazçılar prezident sarayının bir hissəsini tutub

Date: 22 November 2016 22:27

Bakı. 22 noyabr. REPORT.AZ/ Braziliyada yerli xalqların nümayəndələri prezident sarayı Planaltunun bir hissəsini tutub.
"Report"un məlumatına görə, bu barədə "Brasil de Fato" portalı xəbər verib.
Məlumata görə, prezident sarayının bir hissəsi çərşənbə axşamı etiraz aksiyasının gedişatında ölkənin yerli xalqlarının nümayəndələri tərəfindən tutulub. Yüzlərlə hindi, balıqçı və maron etnik qrupunun üzvləri müasir kənd təsərrüfatı və sənayenin onların həyat tərzinə təhlükə yaratmasına etiraz edirlər
"France Presse"nin məlumatına görə, hazırda Planaltu ərazisinə təhlükəsizlik qüvvələri yeridilib. Hələlik sarayın azad edilməsi barədə əməliyyatın başlanması haqqında informasiya yoxdur.


Tags:  Braziliyada etirazçılar prezident sarayının hissəsini tutub

RƏYLƏR


Top news