Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Zəncəfilin 4 möcüzəvi faydası

Zəncəfilin 4 möcüzəvi faydası

Date: 22 November 2016 22:37

1. Həzmə kömək edir:

Milli.Az saglamolun.com-a istinadən bildirir ki, zəncəfil ürək bulanmasını yüngülləşdirərək, həzm sistemində olan yeməklərin hərəkət etməsinə yardımçı olur. Beləliklə, qarın ağrısı şikayətlərini azaldır. Əgər təzə zəncəfili çeynəyərək, yeyə bilirsinizsə, bu halda içində olan liflər həzm sisteminizə daha böyük fayda verir.

2. Orqanizmin təmizlənməsini təmin edir:

Zəncəfil, bədəndə olan zərərli maddələri aradan qaldırmağa yardımçı olur. Bu da qaraciyərə olduqca müsbət təsir göstərir. Bunun üçün gün ərzində zəncəfil çayı için və ya ağzınıza bir parça təzə zəncəfil ataraq, çeynəyin.

3. Əzələ ağrılarını aradan qaldırır:

Xüsusilə əzələ ağrıları üçün çox təsirlidir. Ağır idmanlar zamanı və ya idmandan sonra əzələlərinizdə ağrı varsa, zəncəfilli bir salat yeməyiniz ağrılarınızın aradan qaldırılması üçün köməkçi olacaqdır.

4. Boğaz ağrılarını aradan qaldırır:

Əgər boğazınızda ağrını və xəstələnəcəyinizi hiss edirsinizsə, dərhal bir zəncəfil çayı hazırlayın. Bu üsul vasitəsilə boğaz ağrınız tez bir zamanda keçəcəkdir və həmçinin soyuqdəymənizin qarşısı alınacaqdır.

Milli.Az


Tags:  Zəncəfilin möcüzəvi faydası

RƏYLƏR


Top news