Dünyanın qeyri-adi memarlıq nümunələri - fotolar

Dünyanın qeyri-adi memarlıq nümunələri - fotolar
22:51 22 Noyabr 2016
178 Şou
Ölkə mətbuatı
A- A+

Axşam.az xarici KİV-ə istinadən dünyada inşa edilən 5 qeyri-adi memarlıq nümunələrini təqdim edir:

1. Piano Ev – Çinin An Hui əyalətində yerləşən bu piano və kaman görüntülü ev olduqca qeyri-adi görünüşə sahibdir. Bu binanın içərisində yeriyən nərdivan yerləşir.



2. Ayaqqabı Ev – Milyoner Albay Mahlon Haines tərəfindən 1948-ci ildə inşa edilib. Evin ölçüləri: 45 metr uzunluğunda, 25 metr hündürlüyündə və 17 metr enindədir. Hazırda ev Hainesin xatirəsinə muzey kimi sərgilənməkdədir.



3. Longaberger binası – ABŞ-ın Ohio ştatında tikilən bina dünyanın ən böyük taxta piknik səbəti halında olan memarlıq nümunəsidir. Layihəsi "Longaberger" firması tərəfindən hazırlanan 7 mərtəbəli tikili, eyni zamanda, firmanın mərkəzi binasıdır.



4. "Wonderworks" (ABŞ, Pigeon Forge) - şiddətli bir fırtınaya məruz qalan evin başqa bir evin üzərinə düşməsini təsvir edən bir memarlıq nümunəsidir. Turistlərin marağına səbəb olan bu binaya giriş pulsuzdur. Tikilinin girişində yalnız böyük bir salon var və əslində yerdə olmalı olan əşyaların hamısı tavandadır. Yəni binanın xarici görünüşü kimi, daxili də alt-üstdür: lampalar, şəkil tabloları, pilləkənlər və sair.





5. Balıqqulağı Ev – Mexiko şəhərində yer alan bu ev meksikalı memar Xavier Senosiain "Arquitectura Orqanica" tərəfindən layihələndirilib və inşa edilib.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR