Ər arvadının üstünə benzin töküb yandırdı

Ər arvadının üstünə benzin töküb yandırdı
09:17 6 Yanvar 2015
198 Dünya
Ölkə mətbuatı
A- A+

O, hadisəni uşaqlarının gözü qarşısında edib
ABŞ-ın Kaliforniya ştatında bir nəfər arvadının üzərinə benzin tökərək yandırıb.

Anspress-in məlumatına görə, xəbəri "Associated Press" agentliyi yayıb.

Bazar ertəsi səhər saat 04 radələrində 29 yaşlı qadın telefonla 911-ə zəng edərək ərinin ona hücum etməsi barədə məlumat verib. Hadisə yerinə gələn polis zərərçəkənin baş, üz, əl və bədəninin üst nahiyələrində yanıq izləri aşkar ediblər.

Qeyd edək ki, hadisə cütlüyün uşaqlarının gözü önündə baş verib. Qadının 3 uşağı şokdan çıxmayıblar. Hazırda zərərçəkənin yoldaşının uzaqlaşdığı "Ford" markalı maşının axtarışları gedir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR