Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağsuda kütləvi bıçaqlanma davası - 4 nəfər ağır yaralandı

Ağsuda kütləvi bıçaqlanma davası - 4 nəfər ağır yaralandı

Date: 22 November 2016 23:18

Ağsu rayonunda kütləvi dava zamanı 4 nəfər bıçaqlanıb.

Publika.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Rəhimli kəndində keçirilən mərasimdə qeydə alınıb. Kənd sakinlərindən birinin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə spirtli içki qəbul edən iki qonşu kəndin gəncləri arasında kütləvi dava baş verib.

Hadisə zamanı Rəhimli kənd sakinləri - 1993-cü il təvəllüdlü Bəhramov Elvin Oqtay oğlunu, 1991-ci il təvəllüdlü Heybətov Elvin Şahvələd oğlunu, 1988-ci il təvəllüdlü Mikayılov İntiqam Abdul oğlunu və 1978- ci il təvəllüdlü Əliyev İsrafil Kiçikağa oğlu bıçaqlanıb. Həmin şəxslərin rayonun Ağarx kənd sakini tərəfindən bıçaqlandığı və onun hadisə yerindən qaçıb gizləndiyi bildirilir. Hazırda rayonun polis əməkdaşları hadisəni törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Yaralılar Ağsu rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Cərrahiyyə əməliyyatı olunan yaralılar hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Onların vəziyyəti orta-ağır olaraq qalır. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)


Tags:  Ağsuda kütləvi bıçaqlanma davası nəfər ağır yaralandı

RƏYLƏR


Top news